Nazirlik Bakıda maşının altında qalıb ölən qadınlarla bağlı məlumat yaydı

Nazirlik Bakıda maşının altında qalıb ölən qadınlarla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi şənbə günü Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Xeberler.ru nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 28-də saat 19 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Zərxanım Allahverdiyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Oxşar hadisə sentyabrın 28-də saat 18 radələrində Xətai rayonu ərazisində də baş verib. Bakı şəhər sakini C.Atabalayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Tünzalə Qəhrəmanovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Mənbə:

Reklamlar
Oxşar xəbərlər