HUAWEI MOBİLE SERVİCES EKOSİSTEMİNİN İMKANLARINI TƏQDİM EDİB

HUAWEI MOBİLE SERVİCES EKOSİSTEMİNİN İMKANLARINI TƏQDİM EDİB
HUAWEI Consumer Business Group-un baş direktoru Riçard Yu HUAWEI Mobile Services (HMS)
əvvəlcədən quraşdırılmış mobil tətbiq və xidmətlər paketini ictimaiyyətə ilk dəfə olaraq təqdim etdi. Bu
paket bütün dünyada istifadəçilərə gündəlik tapşırıqların daha sürətli və rahat həlli üçün yeni imkanlar
təklif edir.
HUAWEI AppGallery, HUAWEI Browser, HUAWEI Mobile Cloud, HUAWEI Themes, HUAWEI Music,
HUAWEI Video, HUAWEI Reader, HUAWEI Assistant servisləri və, HMS ekosisteminə daxil olan digər
tətbiq və xidmətlər bütün dünyada işə salınıb və HUAWEI məhsullarının vacib tərkib hissəsinə çevrilib.
HUAWEI Browser — Mate 30 seriyasından smartfon istifadəçilərinə səhifələrin sürətli yüklənməsi,
şəbəkədə rahat axtarış və tam məxfiliyə zəmanət verən təhlükəsiz və istifadəsi rahat mobil brauzerdir. Bu
gün brauzerin aylıq aktiv auditoriyası 200 milyondan çoxdur.
HUAWEI Mobile Cloud —hesabın identifikasiyasından tutmuş məlumatların ötürülməsi və
mühafizəsinədək istifadəçilərin məlumatlarının hərtərəfli mühafizəsini təmin edən bulud servisidir. Servis
şəkil, video və əlaqə nömrələri kimi şəxsi məlumatları qorumağa imkan verir və istifadəçilərə fayllarını
təhlükəsiz şəkildə idarə etməyə kömək edən çoxkanallı sinxronlaşmanı təmin edir. Servisin aktiv
istifadəçilərinin sayı 160 milyona çatıb.
HUAWEI Themes menyu mövzularına tənzimlənən bloklama ekranı, fərdiləşdirilmiş tətbiq nişanları və
menyu üçün on minlərlə əlçatan dizayn daxildir. Servisin aktiv istifadəçilərinin sayı 70 milyonu keçib.
Bundan əlavə, HUAWEI Mobile Services HUAWEI Mate 30 smartfonlarının istifadəçilərinə zəngin
keyfiyyətli audio və video kontent seçimi təklif edəcək. HUAWEI Music servisində istifadəçilərə on
milyonlarla musiqi kitabxanası, məşhur mahnı siyahıları və audio kitablarla kanalların olduğu geniş
çeşiddə müxtəlif audio kontent və tətbiqlər təqdim olunacaq. Hal-hazırda HUAWEI Music servisi dünyanın
70-dən çox ölkə və regionunda əlçatandır və ayda 150 milyondan çox insana xidmət göstərir.
Youku, Mango TV, Sohu.com, Jetsen Huashi Wangju, HUACE FILM&TV, Sony, Disney və digər qlobal
tərəfdaşlarla əməkdaşlıq edən HUAWEI Video video servisi istifadəçilərə geniş çeşiddə audio və video
kontent seçimi təklif edir. Youku və Mango TV-dən məşhur yayımlar, on minlərlə Hollivud və Çin
kinofilmləri, öyrədici, əyləncəli proqram və təhsil proqramları istifadəçilərin xidmətindədir. Hal-hazırda
HUAWEI Video servisi Çin, İspaniya, İtaliya və digər ölkələrdə istifadəçilər üçün əlçatandır, aylıq
auditoriya isə 130 milyondan çoxdur.


Mənbə:

Reklamlar
Oxşar xəbərlər