"Bu bir rəsmdir, mentalitetə bağlayanlar kor və laldır" -Qalmaqallı foto ilə bağlı AÇIQLAMA

"Bu bir rəsmdir, mentalitetə bağlayanlar kor və laldır" -Qalmaqallı foto ilə bağlı AÇIQLAMA
Rəsm divardan silinsə də bütün sosial şəbəkələrdə qaldı. Rəssam istəyinə çatdı.
Xəbər verdiyimiz kimi, Bakıda avanqard tərzdə rəsmlər çəkən rəssamların əl işi naməlum şəxslər tərəfindən boyanıb. Bakıətrafı kombinatların birinin üzərinə çəkilən əsərdə yarıçılpaq qadın təsvir olunub.Avropa İttifaqının təşkil etdiyi "Qız qalası: Qadın olmaq" festivalı çərçivəsində ərsəyə gətirilən rəsm əsərinin boyanması sosial şəbəkədə birmənalı qarşılanmayıb.Gənclər incəsənətin məhdudlaşdırılmasını, cinsi obyekt kimi lansə edilməsini düzgün saymayıblar.
Xeberler.ru mövzu ilə bağlı araşdırma edib. Məlum olub ki, neçə gündür müzakirələrə səbəb olan divar rəsmini Karolina Falkholt adlı isveçli bir transgender rəssam çəkib. Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilmiş "Qadın olmaq" adlı tədbirdə sərgilənən rəsmdə, transgender rəssam qadın olmaq və qadın ola bilmək üçün üzləşdiyi çətinlikləri, öz mübarizəsini əks etdirməyə çalışıb. Lakin tədbir bitər-bitməz həmin rəsmi siliblər.
Sosial şəbəkələrdə aktiv olan Elsevər Hüseynoğlu bildirib ki,əxlaqi keyfiyyətlərə zidd bir rəsm əsəridir:"Müsəlman kimi yox, lap elə ateist kimi də düşünsək görərik ki, olmaz. Azyaşlı və yetişkin olmayan şəxslər var.Yaşayış zonası olduğu üçün bəyənilən əməl deyil. Oradan qadın da, uşaq da keçir.Bundan əlavə dini nöqteyi nəzərdən baxdıqda da canlı aləmin şəklini çəkmək düzgün deyil".
Qələmzər Bağırova Azim Azimzadə adına Rəssamlıq kollecinin Rəngarlıq fakultəsini bitirib. Hazırda qrafik Dizayner və müəllimə kimi fəaliyyət göstərir. O, bildirib ki, normalda bu tip rəsmlər 10 gün qalmalı olduğu halda"street art" gün keçmədən silinib: "Burda bilmirlər ki bir şeyi bəyənmirsənsə baxmamaq da olar.Amma təssüf ki o düşüncə yoxdur.Bir rəsmi bu gədər faciə edənlərin bəziləri hal hazırda deyərdim ki, incəsənət nədir bilməyən və tanımadığı insanları narahat edən, ailəsinə,ətrafına xeyri olmayan , kəslərdir. Düşünün bir rəsmdi mentalitetə bağlayan insanlar nə qədər kor və laldır.Mən təzə-təzə nude rəsmlər çəkəndə ailəmə də qəribə gəlirdi.Amma onlar heç vaxt mənə çəkmə və yaxud ayıbdır deməyiblər.Çünki bu incəsəntdir.Azərbaycan türk miniaturunda da bu tip rəsmlər çox olub. Amma indi göstərsək bunu da dananlar olar".
Müsahibimiz Ülvi Shahin də bu rəsmi əxlaqsızlığın təbliği hesab edir:"Mən grafiti sənətinə qarşı deyiləm. Hətta sevirəmdə.Amma hər toplumun özünə görə tabuları var və bunu asanlıqla aşmaq olmaz.O şəkil peşəkar adamın işidir hiss olunur amma iyrəncdir.Ağına bozuna baxmadan millətin bütün adət-ənənəsini arxaizm adlandırmaq özü elə gericilikdir.Hər kəsin fərqli həyat tərzi var. Heç kimə demək olmaz ki,hamı bir qrupun həyat tərzinə uyğunlaşsın".
Azərbaycan Rəssamlar İttifaqının üzvü Tahir Ələkbərov məsələ ilə bağlı sonxeber.az-a açıqlamasında bildirib ki, rəsm haqda olan postları oxuyarkən bəlli olur ki, o rəsm çox böyük bir əməyin, zəhmətin nəticəsi olub:"Amma göründüyü kimi bu rəsmin sərgilənməsi bizim cəmiyyətdə olan çərçivələrə sığmadı.Buna baxmayaraq rəsm silinsə də yetərincə haqqında danışıldı və tanındı.Bütün sosial şəbəkələrdə bu haqda paylaşımlar oldu. Tərifləyən də, pisləyən də bu rəsmin fotolarını paylaşdı. Artıq demək olar ki, hamı şəkilləri gördü və bu haqda məlumatlıdır. O ki, qaldı cəmiyyətdə səs-küyə səbəb olmasına bu həmin rəssamın öz istəyinə çatması deməkdir. Rəsm divardan silinsə də bütün sosial şəbəkələrdə qaldı ".
Lamiyə Məmmədova


Mənbə:

Reklamlar
Oxşar xəbərlər