Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir
Azərbaycanda yeni medal təsis edilir.

Xeberler.ru xəbgər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif olunur.

Təklifə əsasən, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) yubiley medalı təsis edilməlidir. Medal ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar.

Sənəd Milli Məclisin sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Mənbə:

Reklamlar
Oxşar xəbərlər