Ayna Sultanova parkının açılış tarixi bəlli oldu

Ayna Sultanova parkının açılış tarixi bəlli oldu
Heykəlin üzü çirkdən təmizlənərək ağardılacaq və laklanacaq

Ayna Sultanova parkı noyabr ayının sonları, dekabrın əvvəli sakinlərin istifadəsinə veriləcək.

Bunu Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Kənan Kərimov bildirib. Onun sözlərinə görə, parkın rəsmi açılışı da nəzərdə tutulub:

"Ayna Sultanova parkında tam olaraq yenidənqurma işləri aparılır. Park uzun zamandır bağlı olduğuna görə, yabanı kol koslar çox idi. Artıq bütün ərazi təmizlənib, yeni yaşıl zolaqlar, ağaclar və bəzəkli kollar əkilib. Sakinlərin tam rahatlığı üçün yeni söhbətgahlar, oturacaqlar və müasir işıq dirəkləri quraşdırılıb. Uşaqların vaxtı maraqlı keçirməsi üçün də ərazi ayrılıb".

K.Kərimov parkdakı Ayna Sultanova heykəlinin aqibəti barədə də danışıb:

"Heykəl olduğu yerində qalmaqdadır, sadəcə onun üzərində bəzi restavrasiya işləri aparılacaq. Heykəlin üzü çirkdən təmizlənərək ağardılacaq və laklanacaq. Onun yerinin dəyişdirilməsi barədə isə hələlik söhbət yoxdur".

Baş məsləhətçi qeyd edib ki, parkın açılış günündə rəsmi qurumların nümayəndələri və ictimai-fəal insanların iştirakı nəzərdə tutulub. (Trend)


Mənbə:

Reklamlar
Oxşar xəbərlər