Zaqatalada ağır yol qəzası baş verib, bir ailənin 4 üzvü yaralanıb

Zaqatalada ağır yol qəzası baş verib, bir ailənin 4 üzvü yaralanıb

Zaqatala. 19 iyun.  Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü yaralanıb.

'Xeberler.ru'un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 'KamAz' markalı yük maşını ilə 'Mercedes' markalı minik avtomobili toqquşub. Nəticədə 'Mercedes'in sürücüsü 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil oğlu Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər