Xaçmazdan Bakıya satmaq üçün narkotik gətirən şəxs postda saxlanılıb

Xaçmazdan Bakıya satmaq üçün narkotik gətirən şəxs postda saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələrinin birgə həyata keçirdikləri əməliyyat nəticəsində satmaq niyyəti ilə Bakıya narkotik vasitələr gətirən şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən 'Xeberler.ru'a verilən məlumata görə, Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postunda saxlanılıb. 

Onun üzərində şəxsi aparılan zaman 251,189 qram yüksək təsiredici xassəyə malik narkototik vasitə heroin və 250,015 qram tiryək aşkar ediklərək götürülüb. M.Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə apardığını etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər