Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb

Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb

Bakı. 12 oktyabr.  Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb. 

'Xeberler.ru' xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Rayis Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən ona və sərnişini Hətəm Cəfərova məxsus müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.

Bundan başqa, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vüsal Əliyevdən də müvafiq sənədləri olmayan “Gifsan” markalı ov tüfəngi götürülüb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər