Şabranda yol qəzasında ölən qadının şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB

Şabranda yol qəzasında ölən qadının şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

Şabran rayonunda avtoqəzada ölən qadının şəxsiyyəti məlum olub.

“Xeberler.ru”un Qərb bürosunun məlumatına görə, bu, 1936-cı il təvəllüdlü, Şabran rayon sakini Solmaz Qasımovadır.

Şabran rayon Polis şöbəsindən verilən məlumata görə, qadın müayinə üçün xəstəxanaya aparılarkən yolda avtoqəzaya düşsə də, xəsarət almadan stress keçirərək ölüb.


***17:52

Şabran rayonunda ölümlə nəticələnən zəncirvari avtomobil qəzası baş verib.

'Xeberler.ru'un Şimal bürosunun verdiyi məlumata görə, 'VAZ-2107', 'Mercedes' və 'VAZ-21010' markalı avtomobillərin toqquşması nəticəsində 'VAZ-2107' markalı avtomobildə olan qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: Report.az

Reklamlar