Saatlıda yanğınsöndürən maşın qəzaya uğrayıb - FOTO

Saatlıda yanğınsöndürən maşın qəzaya uğrayıb - FOTO

Saatlı rayonunda yanğınsöndürən maşın qəzaya uğrayıb.

'Xeberler.ru'un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə yerinə yollanan yanğınsöndürən maşın hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı yanğınsöndürən maşını idarə edən 1988-ci il təvəllüdlü Əliyev Rəvan Nəsib oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər