Londona köçən Gülşən kirayə qalmağa 15, məktəb üçün 75 min ödəyir - FOTO

Londona köçən Gülşən kirayə qalmağa 15, məktəb üçün 75 min ödəyir - FOTO
Türkiyənin pop ulduzu Gülşən və aranjimançı həyat yoldaşı Ozan Çolakoğlu yeni albom üçün Londona köçüblər.

Xeberler.ru qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük bir müddət İngiltərədə qalacaq. Bu səbəbdən onlar ev kirayə götürüblər, övladları Azuru bahalı məktəbə yazdırıblar.

Türkiyə KİV-ləri yazır ki, iki tanınmış sima kirayə haqqı olaraq 15 min TL, Azurun məktəbi üçün 75 min lira ödəniş edirlər.

"Azurun 3 yaşı olacaq. Orada olduğumuz müddətdə bir neçə saat təhsil almağını istəyirik. Hətta Londona dayəsiz getmişik. Bizim köməkçimiz belə yoxdur. Hər işimizi özümüz görürük", - Gülşən bildirib.


Mənbə:

Reklamlar
Oxşar xəbərlər