Göygöldə avtomobil qəzası baş verib, yaralananlar var

Göygöldə avtomobil qəzası baş verib, yaralananlar var

Göygöl. 23 dekabr. Göygöl rayonunda iki nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.

'Xeberler.ru'un Qərb bürosunun məlumatına görə, Göygöl şəhər, Səbuhi Hacıyev küçəsində baş vermiş qəza zamanı, 58 yaşlı Safalət Aslanov və 51 yaşlı Rafayıl Abdıyev müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hər iki yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilib.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər