Əfqan Muxtarlının şikayəti təmin edilməyib

Əfqan Muxtarlının şikayəti təmin edilməyib

Bakı. 6 iyun. Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının barəsində seçilən həbs qətimkan tədbirindən verilən şikayət üzrə məhkəmə keçirilib.

'Xeberler.ru'un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə jurnalistin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər