Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxsə hökm oxunub

Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxsə hökm oxunub

Bakı. 22 dekabr. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yaşar Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

'Xeberler.ru'un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Səmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından istifadə edərək, onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini, əvvəllər dələduzluq etdiyinə görə dəfələrlə məhkum olunmuş Y.Səmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Səmədov vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. O, vətəndaşları əsasən işə düzəltmək adı ilə aldadaraq onlardan pul alıb, lakin sonradan verdiyi vədləri yerinə yetirməyib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər