Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakı. 18 dekabr. Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 'Xeberler.ru'a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində 8 avtomobildən təkər üzlükləri və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Pərvin Hümbətov, 3 avtomobildən isə pul, maqnitofon, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Tural Əsgərli və Bakı şəhər sakini Rəvan Cəfərov saxlanılıblar.

Araşdırma aparılır.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər