Atasının maşınını qaçıran məktəbli qəza törətdi: 1 ölü, 2 yaralı - FOTO

Atasının maşınını qaçıran məktəbli qəza törətdi: 1 ölü, 2 yaralı - FOTO
Rusiyada məktəbli atasının avtomobilini qaçırdıqdan sonra yol qəzasında ölüb.

Xeberler.ru avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən gün gecə saatlarında Orenburq əyalətinin Novoserqevski rayonunda qeydə alınıb.

Məlumata görə, Zavadskoy küçəsində qaçırdığı avtomobillə hərəkətdə olan məktəbli, sükan idarəetməsini itirərək əvvəlcə yoldan çıxıb sonra isə ağaca çırpılıb.

Nəticədə yeniyetmə aldığı xəsarətlər hadisə yerində həyatını itirib, avtomobildə olan digər iki sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.


Mənbə:

Reklamlar
Oxşar xəbərlər