Anar Bağırov: 'Heç bir vəkilə mətbuata açıqlama verməməklə bağlı xəbərdarlıq edilməyib'

Anar Bağırov: 'Heç bir vəkilə mətbuata açıqlama verməməklə bağlı xəbərdarlıq edilməyib'

Bakı. 2 may. 'Vəkillər Kollegiyasının vəkillər qarşısanda əsas tələbi odur ki, onlar konfedensiallığı və məxfiliyi pozmamalı, vəkil sirrini yaymamlıdırlar'.

'Xeberler.ru'un məlumatına görə, bunu Vəkillər Kollegiyasinin (VK) sədri Anar Bağırov deyib.

O qeyd edib ki, bu prisiplərə və tələblərə riayət edən vəkillər mətbuatda istənilən məlumatı yaya bilərlər: 'Biz buna etiraz etmirik. Vəkillər Kollegiyasının mövqeyi ondan ibarətdir ki, vəkillər vəkillik fəaliyyəti haqqında qanunun tələblərinə riayət etməlidirlər. Onlar qanunla, normativ hüquqi aktlarla üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Vəkillər istənilən prosesə çıxa bilərlər, istənilən adamı da müdafiə edə bilərlər. Biz qətiyyən onların fəaliyyətinə müdaxilə edə bilmərik, bu, qanunsuzluq ola bilər'.

A.Bağırov söyləyib ki, VK heç bir vəkilə mətbuata açıqlama verməməklə bağlı xəbərdarlıq etməyib: 'Vəkillik azad peşə sahibliyidir. Əgər belə bir hal olsa idi, vəkillər öz narahatçılığını bildirərdilər. Vəkil sirrini, vəkil etikasını pozan, qaydalara riayət etməyən vəkillərin barəsində intizam icraatı başlanılacaq və bu məsələlərə qiymət veriləcək'.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər