118 il əvvəl batmış "kabus gəmisi" tapıldı - FOTO

118 il əvvəl batmış "kabus gəmisi" tapıldı - FOTO
Amerikalı dalğıclar 1901-ci ildə Minnesota ştatındakı Superior gölündə batan gəmi aşkarlayıblar.

Xeberler.ru milli.az-a istinadən xəbər verir ki, yerli sakinlər onu "kabus gəmisi" adlandırırlar.

Gəmi gölün 250 metr dərinliyində aşkarlanıb. Araşdırmaçılar onun şəklini çəkməyə nail olublar.

Məlumata görə, 1888-ci ildə hazırlanmış gəmi praktiki cəhətdən heç bir zədə almayıb.

Bildirilib ki, gəmi 118 il əvvəl, 1901-ci ilin sentyabrında güclü qasırğa zamanı batıb. Hadisə zamanı bəzi gəmiçilərin meyitləri çıxarılıb, qalanlarının taleyi isə hələ də məlum deyil.


Mənbə:

Reklamlar
Oxşar xəbərlər