Azərbaycanın turizm potensialı Hindistanda təbliğ ediləcək

Azərbaycanın turizm potensialı Hindistanda təbliğ ediləcək

'Azərbaycan bu il Hindistandan gələn turistlərin sayının ötən illə müqayisədə 63% çox olacağını gözləyir'.

“Xeberler.ru” “The Times of India” nəşrinə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

“2018-ci ildə Hindistandan Azərbaycana, təxminən, 40 min nəfər səyahət edib. 2019-cu ildə bu rəqəmin 65 min nəfər olacağını gözləyirik. Bu rəqəm yanvar-iyul aylarında 33 min nəfər olub', - deyə F.Zenqstşmid bildirib.

ATB rəsmisi deyib ki, Azərbaycan turizm potensialını yaxından tanıtmaq üçün Hindistanın Dehli, Benqaluru və Mumbay şəhərlərində tədbirlər keçirəcək.

Reklamlar
Oxşar xəbərlər