Zlatan İbrahimoviç 9-cu dəfə İsveçin ən yaxşı futbolçusu seçilib

Zlatan İbrahimoviç 9-cu dəfə İsveçin ən yaxşı futbolçusu seçilib

Bakı. 11 noyabr.  Fransanın 'Pari Sen-Jermen' klubunun hücumçusu Zlatan İbrahimoviç nüfuzlu 'Aftonbladet' nəşri tərəfindən İsveçin ən yaxşı futbolçusu seçilib. 'Xeberler.ru'un məlumatına görə, təntənəli mükafatlandırma mərasimi noyabrın 10-da Stokholmda keçirilib. 

İbrahimoviç 'Qızıl top'a 9-cu dəfə sahib olub. O, təbdirdə bildirib ki, bu qədər mükafat almağı hər şeyi deyir: 'Mən uşaqlıqdan futbolla yaşayıram. Bu mükafatlar da nəyisə yaxşı səviyyədə etməyimin göstəricisidir'.

Qeyd edək ki, Zlatan İbrahimoviç son illər FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına namizədlər siyahısında göstərilir. Amma hələ isveçli forvard bu ada yiyələnə bilməyib. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər