'Zenit' vaxtından əvvəl Rusiya çempionu olub

'Zenit' vaxtından əvvəl Rusiya çempionu olub

Sankt-Peterburqun 'Zenit' futbol klubu vaxtından əvvəl Rusiya Premyer Liqasının çempionu olub.

'Xeberler.ru' xəbər verir ki, bu barədə Rusiya çempionatının 27-ci turunda Moskva 'Lokomotiv'inin Tula 'Arsenal'ına 0:2 hesablı məğlubiyyətindən sonra məlum olub.

'Arsenal'ın qələbəsi sayəsində 'Zenit'in 'Lokomotiv'lə xal fərqi 9 olaraq qalıb. Bununla belə, 'dəmiryolçular' qələbələrin sayına görə 'peterburqlular'ı ötə bilməyəcəklər.

'Zenit' tarixində 5-ci dəfə Rusiya çempionu olub. Peterburqlular daha əvvəl 2007, 2010, 2012 və 2015-ci illərdə çempionatın qızıl medallarına yiyələniblər.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər