Zaur Svanadze: 'Mərhələ keçdiyimizi demək olmaz'

Zaur Svanadze: 'Mərhələ keçdiyimizi demək olmaz'

Bakı. 30 iyun. 'Çox vacib oyunda qalib gəldik. Bu, yaxşı haldır'.

'Xeberler.ru' xəbər verir ki, bunu 'İnter'in baş məşqçisi Zaur Svanadze Serbiyada 'Mladost'u 3:0 hesabı ilə yendikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

Gürcü mütəxəssis bildirib ki, nəticə də qənaətbəxşdir. Amma o, cavab görüşünün hələ irəlidə olduğunu xatırladıb:

'Bunu unutmayaq. Rəqib də çox yaxşı komandadır. Biz arxayınlaşa bilmərik. 'Mladost'un da az şansı olmadı. Hər şey Bakıda həll olunacaq. Hələlik mərhələ keçdiyimizi demək olmaz'.

İyunun 6-da Bakıdakı 'Dalğa Arena'da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər