'Yuventus' tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu olub - VİDEO

'Yuventus' tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu olub - VİDEO

Bakı. 14 may. 'Yuventus' klubu tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.

'Xeberler.ru'un məlumatına görə, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub.

XXVII turda səfərdə 'Roma' ilə qolsuz heç-heçə edən 'Qoca Sinyora' xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.

'Yuventus'un ən yaxın izləyicisi 'Napoli' səfərdə 'Sampdoriya'nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri düşüb. Nəticədə 'ağ-qaralar' son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran 'Roma' isə bürünc medal qazanma şanslarını son tura saxlayıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər