“Yuventus” dördüncü dəfə ardıcıl olaraq İtaliya çempionu olub

“Yuventus” dördüncü dəfə ardıcıl olaraq İtaliya çempionu olub

Bakı. 2 may. Turinin 'Yuventus' klubu səfərdə Genuyanın “Sampdoriya” klubu üzərində qələbə qazanıb və vaxtından əvvəl futbol üzrə İtaliya çempionatının qalibi olub.

“Xeberler.ru” xəbər verir ki, 34-cü tur çərçivəsində baş tutan görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qələbə qolunun müəllifi Arturo Vidal olub (32-ci dəqiqə).

“Yuventus” bu qələbə sayəsində yaxın izləyicisi “Latsio” ilə xal fərqini 17-yə çatdırıb.

Bu çempionluq titulu “Qoca senyora” üçün 31-ci və ardıcıl dördüncü olub.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər