'Yuventus' bu mövsüm A Seriyasında ilk dəfə məğlub olub

'Yuventus' bu mövsüm A Seriyasında ilk dəfə məğlub olub

Futbol üzrə İtaliya çempionatının 28-ci turunda 'Cenoa' öz meydanında 'Yuventus'u qəbul edib.

“Xeberler.ru” xəbər verir ki, Genuyanın 'Luici Ferraris' stadionunda keçirilən oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qollar 72 və 81-ci dəqiqələrdə vurulub. Kriştianu Ronaldu məşqçilər korpusunun qərarı ilə oyunu buraxıb.

'Cenoa' bu qələbə sayəsində xallarının sayını 33-ə çatdırıb və turnir cədvəlində 12-ci pilləyə yüksəlib. 'Yuventus' 75 xalla birinci yerdədir. Üçlüyü 'Napoli' (57) və 'Milan' (51) qapayır.

İtaliya A Seriyası. 28-ci tur

'Cenoa' – 'Yuventus' – 2:0

Qollar: 1:0 – Sturaro – 72, 2:0 – Pandev – 81


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər