'Yuventus' 20 yaşlı hücumçu ilə müqavilə bağlayıb

'Yuventus' 20 yaşlı hücumçu ilə müqavilə bağlayıb

Bakı. 31 yanvar. İtaliyanın 'Askoli' klubunun futbolçusu Rikkardo Orsolini 'Yuventus'la müqavilə bağlayıb. 'Xeberler.ru'un məlumatına görə, 20 yaşlı hücumçu ilə anlaşma 30 iyun 2021-ci ilədək nəzərdə tutulub.

Transfer məbləği isə 6 milyon avro təşkil edir. 'Askoli' oyunçunun Turin komandasında çıxışından asılı olaraq, daha 4 milyon avro qazana bilər. Amma Orsolini mövsümün qalan hissəsini artıq keçmiş klubunda icarə əsasında keçirəcək.

Qeyd edək ki, Rikkardo Orsolini bu mövsüm İtaliya B Seriyasında 22 oyuna 4 qol vurub.  


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər