'Xəzər Lənkəran' klubu tarixində ilk dəfə I Diviziona enib - VİDEO

'Xəzər Lənkəran' klubu tarixində ilk dəfə I Diviziona enib - VİDEO

Bakı. 20 may. 'Xəzər Lənkəran' klubu tarixində ilk dəfə I Diviziona enib. 'Xeberler.ru'un məlumatına görə, 'ağ-yaşıllar' 12 ildir çıxış etdiyi Azərbaycan Premyer Liqası ilə vidalaşmalı olub.

Bu, XXXVI turda 'Rəvan'la səfərdə 2:2 hesablı heç-heçədən sonra məlum olub. Oyuna daha üstün başlayan cənublular 2:0 hesabı ilə öndə olduqları halda, qələbəni əldən veriblər. Bununla da Lənkəran komandası çempionatı 15 xalla sonuncu pillədə başa vurub.

Reqlamentə əsasən, Premyer Liqanı sonuncu klub tərk etməlidir. AFFA İcraiyyə Komitəsinin gələn mövsümədək qərarında dəyişiklik baş verməsə, 'Xəzər Lənkəran' Premyer Liqa ilə vidalaşmalı olacaq.


Mənbə: Report.az

Reklamlar