'Vilyarreal'ın hücumçusu: 'Avropa Liqası finalının Bakıda olması yeni ölkəyə baş çəkmək imkanı yaradacaq'

'Vilyarreal'ın hücumçusu: 'Avropa Liqası finalının Bakıda olması yeni ölkəyə baş çəkmək imkanı yaradacaq'

İspaniyanın 'Vilyarreal' klubunun futbolçusu Xerard Moreno Rusiya 'Zenit'ini üstələdikləri Avropa Liqasının 1/8 final görüşündən sonra Bakıda keçiriləcək final qarşılaşmasına köklənib.

'Xeberler.ru'un məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü UEFA-nın rəsmi saytına açıqlamasında bildirib. O, heç vaxt Azərbaycan paytaxtında olmadığını vurğulayıb: 'İndi yeni ölkə və stadionlara baş çəkmək imkanı yaranıb. Bu isə mənim xoşuma gəlir'.

Qeyd edək ki, 'Vilyarreal' 'Zenit'ə Rusiyada 3:1, İspaniyada isə 2:1 hesabı ilə qalib gəlib. Xerard Moreno hər iki oyunda qol vurub. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər