Useyn Boltun müqavilə bağladığı futbol klubu müəyyənləşib

Useyn Boltun müqavilə bağladığı futbol klubu müəyyənləşib

Bakı. 27 fevral. Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Cənubi Afrika Respublikasının (CAR) 'Mamelodi Sundaunz' futbol klubu ilə müqavilə bağlayıb.

“Xeberler.ru” xəbər verir ki, bununla bağlı klubun “Twitter” səhifəsində paylaşım edilib. Afrikalılar 32 yaşlı yamaykalı sprinterin şəklinə “Futbol əvvəlki kimi olmayacaq” yazıblar. Həmçinin sözləşmə barədə bu gün rəsmi açıqlama veriləcəyi qeyd olunub.  

Qeyd edək ki, 2017-ci il dünya çempionatından sonra karyerasını başa vuran Useyn Bolt ötən ay ortaq sponsor şirkətinin təşəbbüsü ilə CAR Premyer Liqasının lideri olan 'Mamelodi Sundaunz'la məşq edib. Bu klubun heyətində qış fasiləsində 'Qarabağ'a transferi gündəmdə olan zambiyalı hücumçu Xama Billiat da yer alıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər