UEFA “Zenit” klubuna qarşı intizam işi açıb

UEFA “Zenit” klubuna qarşı intizam işi açıb

Bakı. 25 noyabr. UEFA Rusiyanın “Zenit” klubuna qarşı intizam işi açıb.

“Xeberler.ru” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Avropa Liqasının V turunda Makedoniya “Vardar”ı ilə görüşdə azarkeşlərinin irqçi davranışlara yol verməsində ittiham olunur.

“Zenit”in fanatlarının pirotexniki maddələrdən istifadə etməsinə görə də cəza alacağı gözlənilir. UEFA-nın məsələyə nə vaxt baxacağı açıqlanmır.

Qeyd edək ki, noyabrın 23-də Sankt-Peterburqda baş tutan matçda “Vardar”ı 2:1 hesabı ilə məğlub edən “Zenit” xalını 13-ə çatdırıb və 1/16 finala vəsiqəni təmin edib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər