UEFA və AFFA-nın birgə layihəsi müzakirə olunub

UEFA və AFFA-nın birgə layihəsi müzakirə olunub

Bakı. 26 oktyabr. UEFA və AFFA-nın birgə hazırladığı “Grow-2020” inkişaf planı üzrə görülmüş işlərin müzakirəsi aparılıb.

“Xeberler.ru” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA nümayəndələri və federasiya əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbir qurumun inzibati binasında təşkil ounub.

Qeyd edək ki, AFFA-nın prioritetlərini özündə ehtiva edən “Grow-2020” layihəsi ötən ilin sentyabrından tətbiq olunmağa başlayıb. Layihənin məqsədi Azərbaycan milli komandasına namizəd olan istedadlı futbolçuların çıxış etdikləri klublarda yüksək səviyyədə fərdi hazırlığını təmin etməkdir. Bu proses Azərbaycan milli yığma komandalarında fəaliyyət göstərən məşqçilərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər