Bakı. 20 iyul. Futbol üzrə UEFA Super Kubokunda İspaniyanın 'Real Madrid' və 'Sevilya' klubları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.
'Xeberler.ru'un məlumatına görə, avqustun 9-da Norveçin Tronheym şəhərində baş tutacaq qarşılaşmaya serbiyalı hakimlər briqadası təyinat alıb.
Referi Milorad Majiç, yan xətt hakimləri Milovan Ristiç və Dalibor Curceviç, əlavə köməkçi-hakimlər isə Danilo Qriyiç və Nenad Cokiç olacaqlar. Polşalı Şimon Martsinyak dördüncü hakim, Tomaş Listkeviç ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, 'Lerkendal' stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Mənbə: Report.az