'Sumqayıt' tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb

'Sumqayıt' tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda digər finalçı müəyyənləşib.

'Xeberler.ru' xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə 'Zirə' arasında keçirilmiş ilk oyunda hesab açılmasa da, cavab matçında 6 qol vurulub.

İlk hissədə 'Sumqayıt'ın heyətində Peyman Babayi het-trik edib. Cənubi azərbaycanlı forvard 19-cu, 27-ci və 45-ci dəqiqələrdə fərqlənib. 'Zirə' isə ikinci yarıya qolla başlayıb. Meydan sahiblərinin heyətində 47-ci dəqiqədə Pərdis Fərcad-Azad rəqib qapısına yol tapıb. Qarşılaşmanın 84-cü dəqiqəsində Xulio Sezar Rodriqes fərqi minimuma endirib. Oyunda son nöqtəni isə 90+5-ci dəqiqədə Şafik Tiqruca qoyub - 3:3.

Beləliklə, 'Sumqayıt' səfər qolları sayəsində tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Mayın 19-da Naxçıvanda keçiriləcək həlledici qarşılaşmada rəqib 'Qəbələ' olacaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər