'Sportinq'in futbolçusu: 'Qarabağ' cinah ötürmələrinə bel bağlayan komandadır'

'Sportinq'in futbolçusu: 'Qarabağ' cinah ötürmələrinə bel bağlayan komandadır'

Bakı. 28 noyabr.  'Sportinq' yaxşı vəziyyətdədir. Sabah bizi çətin oyun gözləyir'.

'Xeberler.ru' xəbər verir ki, bu fikirləri Portuqaliya 'Sportinq'inin futbolçusu Andrea Pintu Bakıda 'Qarabağ'la keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib. 

29 yaşlı müdafiəçi bildirib ki, sabahkı oyunda fərqli 'Qarabağ' gözləmirlər: 'Eyni oyun fəlsəfəsinə malikdirlər. Cinah ötürmələrinə bel bağlayan və topa nəzarət etməyi sevən komandadır'.

Pintu itkilərə rəğmən, qələbə qazanmağa qadir olduqlarını da əlavə edib: 'Sportinq' böyük komandadır. İtkilərdən çıxış yolları var. Buraya gələn oyunçularla qalib gəlmək imkanımız var'.

Təcrübəli oyunçu özünün meydana çıxmasının baş məşqçi Marsel Kayzerin qərarından asılı olacağını əlavə edib: 'Bu barədə baş məşqçi qərar verəcək. Oyunçuların üzərinə çox böyük məsuliyyət düşür. Onlar çalışmalıdırlar ki, məşqdə öyrəndiklərini oyunda tətbiq etsinlər.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlanacaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər