“Səbail”in futbolçusu Afrikada bütün dövrlərin rəmzi komandasına düşüb

“Səbail”in futbolçusu Afrikada bütün dövrlərin rəmzi komandasına düşüb

“Səbail” klubunun futbolçusu Maykl Essyen Afrikada bütün dövrlərin rəmzi komandasına düşüb.

“Xeberler.ru” xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi “The Sun” nəşrinin tərtib etdiyi “11-lik”də yer alıb.

Qapıçı: Vinsent Enyeama (Nigeriya)

Müdafiəçilər: Lukas Radebe (CAR), Samuel Kuffur (Qana), Riqober Sonq (Kamerun)

Yarımmüdafiəçilər: Maykl Essyen (Qana), Yaya Ture (Kot dİvuar), Sadio Mane (Seneqal), Məhəmməd Salah (Misir)

Hücumçular: Didye Droqba (Kot dİvuar), Samuel Eto O (Kamerun), Corc Vea (Liberiya)

Qeyd edək ki, Essyen bu ilin martında “Səbail” ilə 1,5 illik müqavilə bağlayıb.

Reklamlar
Oxşar xəbərlər