“Roma”nın prezidenti “Barselona” üzərində qələbədən sonra hovuza tullanıb - VİDEO

“Roma”nın prezidenti “Barselona” üzərində qələbədən sonra hovuza tullanıb - VİDEO

Bakı. 11 aprel. İtaliyanın “Roma” klubunun prezidenti Ceyms Pallotta Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İspaniya “Barselona”sı üzərində 3:0 hesablı qələbədən sonra fontanlı hovuza tullanıb.

“Xeberler.ru” xəbər verir ki, paytaxt klubunun rəhbəri “Roma”nın yarımfinala yüksəlməsini qeyd edən azarkeşlərə qoşulub.

Qeyd edək ki, “Roma” səfərdə 1:4 hesabı ilə uduzmağına rəğmən, cavab qarşılaşmasında 3 cavabsız qolla “Barselona”nı mübarizədən kənarlaşdırıb. Yarımfinal mərhələsinin püşkü aprelin 13-də atılacaq.


Mənbə: Report.az

Reklamlar