Riçard Almeyda Millətlər Liqasında ən çox dəqiq ötürmə verən futbolçu olub

Riçard Almeyda Millətlər Liqasında ən çox dəqiq ötürmə verən futbolçu olub

Bakı. 12 oktyabr.  UEFA Millətlər Liqasının III turunun ilk matçlarından sonra statistik məlumatlar açıqlanıb.

'Xeberler.ru' UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda ən çox dəqiq ötürmə verən futbolçu olub. 30 yaşlı yarımmüdafiəçi keçirdiyi 3 oyundan sonra 215 dəqiq ötürmə ilə birinci pillədə qərarlaşıb. Yığmanın digər üzvü Qara Qarayev isə bu göstəriciyə görə 3-cü yerdədir. 26 yaşlı yarımmüdafiəçinin isə aktivində 201 ötürmə var.

Hələlik Millətlər Liqasında ən çox qol vuran komanda İspaniyadır. Pireneylilərin aktivində 2 oyuna 8 qol var. Turnirdə ən çox qol vuran futbolçu isə serbiyalı Aleksandr Mitroviçdir. 24 yaşlı hücumçu 4 qolla siyahıya başçılıq edir. Ən çox məhsuldar ötürmə edən oyunçu isə ispaniyalı Marko Asensiodur. O, 4 dəfə komanda yoldaşlarını zərbə mövqeyinə çıxarıb.

Qeyd edək ki, Ricard Almeyda Azərbaycan yığmasının Millətlər Liqasının III turunda səfər Farer adaları kollektivini 3:0 hesabı ilə məğlub etdiyi matçda iki qolun müəllifi olub. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər