Referendumla əlaqədar sentyabrın 26-da Azərbaycanda futbol matçı keçirilməyəcək

Referendumla əlaqədar sentyabrın 26-da Azərbaycanda futbol matçı keçirilməyəcək

Bakı. 20 sentyabr. Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib. 'Xeberler.ru'un məlumatına görə, tura sentyabrın 24-də AZAL və 'İnter' arasında keçiriləcək paytaxt derbisi ilə start veriləcək. 

Ertəsi gün Gəncədə 'Kəpəz'lə 'Qarabağ', Bakıda isə 'Zirə' ilə 'Qəbələ' komandaları üz-üzə gələcək. 

Sentyabrın 26-da Azərbaycanda Ümumxalq referendumu günü olduğundan, heç bir oyunun keçirilməməsi qərara alınıb. Turun son qarşılaşması - 'Neftçi' - 'Sumqayıt' görüşü isə sentyabrın 27-də olacaq. 

Bütün oyunlar CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.


24 sentyabr (şənbə)

16:00. AZAL – “İnter”
Şüvəlan qəsəbəsi, “AZAL Arena”

25 sentyabr (bazar)

15:30. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu

18:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

27 sentyabr (çərşənbə axşamı)

19:00. “Neftçi” – “Sumqayıt”
Masazır qəsəbəsi, “Əlincə Arena”


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər