'Qəbələ' 'Xəzər Lənkəran'a böyük hesabla qalib gəlib

'Qəbələ' 'Xəzər Lənkəran'a böyük hesabla qalib gəlib

Qəbələ. 4 oktyabr. Bu gün Azərbaycan Premyer Liqasının VII turunun son oyunu keçirilib. 'Xeberler.ru'un məlumatına görə, 'Qəbələ' doğma meydanda 'Xəzər Lənkəran'ı qəbul edib.

Yağışlı havada Qəbələ şəhər stadionunda keçirilən qaşrılaşmanın 8-ci saniyəsində hesab açılıb. 'Qırmızı-qaralar'ın futbolçusu Dodo rəqib qapısına yol tapıb. Bundan sonra oyunu ələ alan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 10-cu dəqiqədə hesab arasındakı fərqi artırıb. Fakunda Pereyra adını tabloya yazdırıb - 2:0. Stadiona toplaşan azarkeşlər ilk hissənin son dəqiqəsində daha bir qolun şahidi olublar. Bu dəfə Aleksey Qay 45-ci dəqiqədə Orxan Sadıqlını məyus etməyi bacarıb. İlk hissə meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissə də 'Qəbələ'nin üstünlüyü ilə davam edib. 76-cı dəqiqədə Aleksey Qay rəqibi bir daha məyus edib və hesab 4:0 olub. 3 dəqiqə sonra lənkəranlıları yenidən Fakunda Pereyra məyus edib. O, 79-cu dəqiqədə komandasının 5-cü, özünün ikinci qoluna imza atıb. Lakin oyunun sonlarına yaxın daha bir qol vurulub. Bu dəfə Emin Zets 89-cu dəqiqədə 'ağ-yaşıllar'ın qapısına yol tapıb.

Görüş 'Qəbələ'nin 6:0 hesabı ilə başa çatıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər