'Qəbələ' son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib - VİDEO

'Qəbələ' son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib - VİDEO

Qəbələ. 25 avqust. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

'Xeberler.ru'un Şirvan bürosunun Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, açılış oyununda 'Qəbələ' 'Sumqayıt'ı qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə penaltidən Təmkin Xəlilzadə açıb. 76-cı dəqiqədə 'Sumqayıt' daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.

Beləliklə, hər iki komanda xallarını 4-ə çatdırıb.

Bu gün saat 20:30-da 'Zirə' - 'Sabah' oyunu start götürəcək. Tura avqustun 26-da keçiriləcək 'Keşlə' - 'Səbail' və 'Qarabağ' - 'Neftçi' matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, III tur

25 avqust

18:00. 'Qəbələ” – 'Sumqayıt” - 1:1

Qol: Təmkin Xəlilzadə, 42 (penalti ilə) - Yusif Nəbiyev, 90+2

Qırmızı vərəqə: Nicat Qurbanov, 76 ('Sumqayıt')

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu


Mənbə: Report.az

Reklamlar