'Qarabağ'ın ÇL-dəki digər rəqibi İspaniya çempionatında xal itirib

'Qarabağ'ın ÇL-dəki digər rəqibi İspaniya çempionatında xal itirib

Bakı. 1 oktyabr. Ağdamın 'Qarabağ' klubunun Çempionlar Liqasındakı rəqibi 'Atletiko Madrid' İspaniya çempionatında xal itirib.

'Xeberler.ru' xəbər verir ki, Madrid komandası Premyer Liqanın 7-ci turu çərçivəsində səfərdə 'Leqanes' ilə 0:0-lıq heç-heçə edib.

Bununla da, 'Atletiko' çempionatda üç qələbədən ibarət məğlubiyyətsizlik seriyasını dayandırıb.

Bundan əvvəl 'Qarabağ'la 'С' qrupunda yer alan İngiltərənin 'Çelsi' klubu ölkə çempionatının ev oyununda 'Mançester Siti'yə məğlub olub. Ağdam klubu isə bu gün Azərbaycan Premyer Liqasında 'Zirə'ni qəbul edəcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər