'Qarabağ' və 'Qəbələ'nin Avropa Liqasının qrup mərhələsindəki son oyunlarına təyinatlar açıqlanıb

'Qarabağ' və 'Qəbələ'nin Avropa Liqasının qrup mərhələsindəki son oyunlarına təyinatlar açıqlanıb

Şabran. 5 dekabr. Azərbaycanın 'Qarabağ' və 'Qəbələ' klublarının futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki son tur oyunlarına bütün təyinatlar açıqlanıb. 

'Xeberler.ru'un məlumatına görə, oyunlar xorvatiyalı və uelsli hakimlərə həvalə olunub.

Bakıda 'Qarabağ' və İtaliya 'Fiorentina'sı arasındakı görüşdə İvan Bebek iş başında olacaq. Almaniyada keçiriləcək 'Maynts' - 'Qəbələ' oyununu isə Saymon Li Evans idarə edəcək.

8 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur

20:00. 'Qarabağ' (Azərbaycan) - 'Fiorentina' (İtaliya) 

Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrgiç
Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

22:00. 'Maynts' (Almaniya) - 'Qəbələ' (Azərbaycan) 

Baş hakim: Saymon Li Evans
Yan xətt hakimləri: Qaret Vin Cons, Lüiss Ross Edvards
Əlavə köməkçi hakimlər: Nik Prett, Brin Marxam-Cons

Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
Hakim-inspektor: Are Habiçt (Estoniya)

UEFA nümayəndəsi: İmon Nafton (İrlandiya)

Maynts. 'Maynts Arena'


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər