'Qarabağ' klubunun Antalya toplanışındakı rəqiblərindən biri müəyyənləşib

'Qarabağ' klubunun Antalya toplanışındakı rəqiblərindən biri müəyyənləşib

Bakı. 20 dekabr.  'Qarabağ' klubunun qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarından birində rəqibi müəyyənləşib.

'Xeberler.ru'un məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin Antalya bölgəsində keçirəcəyi hazırlıq prosesi zamanı Polşanın 'Pyast' komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 23-də olacaq.

Qeyd edək ki, 'Qarabağ' və 'Pyast' komandaları 2013-2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gəliblər. Evdə 2:1 hesabı ilə qalib gələn Ağdam komandası səfərdə əsas vaxtda eyni hesabla uduzsa da, əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər