'Qarabağ' Çexiya klubu üzərində əzmkar qələbə qazanıb

'Qarabağ' Çexiya klubu üzərində əzmkar qələbə qazanıb

Bakı. 19 yanvar. 'Qarabağ' komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb.

'Xeberler.ru'un məlumatına görə, rəqib Çexiya 'Bohemians'ı olub.

'Gloria Sports Arena'da təşkil olunan qarşılaşma Azərbaycan klubunun əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 24-cü dəqiqədə rəqib komandadan Yakub Nekas açıb. Lakin Filip Ozobiç 36, Donald Gerrye 62, Simeon Slavçev isə 90-cı dəqiqədə fərqlənərək fərqi 'Qarabağ'ın xeyrinə dəyişiblər.

Qeyd edək ki, 'Qarabağ' əvvəlki yoxlama oyununda Macarıstan 'Uypeşt'inə uduzub - 0:1. Rumıniya 'Botoşani'si ilə qarşılaşma isə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb.

Yoxlama oyunu

19 yanvar

18:00. 'Qarabağ' - 'Bohemians' (Çexiya) - 3:1

Qollar: Filip Ozobiç, 36. Donald Gerrye, 62. Simeon Slavçev, 90 - Yakub Nekas, 24.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər