Qara Qarayev: 'Azarkeşlərimizin önündə yaxşı nəticə qazanmaq istəyirik'

Qara Qarayev: 'Azarkeşlərimizin önündə yaxşı nəticə qazanmaq istəyirik'

'Sabahkı oyun bizim üçün çox əhəmiyyətlidir. Rəqibin hansı gücdə olduğunu bilirik. Xorvatiyanı məğlub etməsi Macarıstanın səviyyəsini göstərir. Komanda olaraq oyuna hazırıq. Azarkeşlərimizin önündə yaxşı nəticə qazanmaq istəyirik. Evdə oynamaq amilindən də yararlanıb əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq'. 

'Xeberler.ru' xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Macarıstanla matçdan öncə mətbuat konfransında deyib. 

Yarımmüdafiəçi bildirib ki, kollektiv olaraq neqativə köklənmək istəmirlər: 'Bütün nəticələr mümkündür. İstənilən hesab üçün bəhanə gətirmək fikrimiz yoxdur. Məğlub olsaq, deməli, hansısa çatışmazlığımız var. Qalib gələcəyimiz təqdirdə də, çatışmazlıqlarımızı axtaracağıq ki, daha güclü olaq'.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər