'Qalatasaray' Türkiyə kubokunun qalibi olub

'Qalatasaray' Türkiyə kubokunun qalibi olub

Futbol üzrə Türkiyə Kubokunun sahibi müəyyənləşib.

'Xeberler.ru'un məlumatına görə, bu mükafata finalda 'Akhisarspor'a 3:1 hesabı ilə qalib gələn 'Qalatasaray' sahib olub.

Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 56-cı dəqiqədə 'Akhisarspor'un futbolçusu Elvis Manu açıb. Bundan 6 dəqiqə sonra 'Qalatasaray'ın oyunçusu Mbaye Dianye penaltidən yararlana bilməyib. 75-ci dəqiqədə baş hakim Suat Arslanboğa VAR sisteminə müraciət etdikdən sonra yenidən penalti təyin edib. Buna etiraz edən'Akhisarspor'un müdafiəçisi Migel Lopes ard-arda iki sarı vərəqə alaraq, meydandan qovulub. Penaltini isə Sinan Gümüş dəqiq yerinə yetirib.

88-ci dəqiqədə Sofyan Fequli 'sarı-qırmızılar'ı hesabda önə çıxarıb. Oyunda son nöqtəni isə Dianye 90+4-cü dəqiqədə qoyub.

Beləliklə, 'Qalatasaray' tarixi ərzində rekord sayda - 18-ci dəfə Türkiyə Kubokuna sahib olub. Bunlardan 3-ü isə Fatih Terimin baş məşqçi olduğu dövrə təsadüf edib.

Daha əvvəl 'Qalatasaray' Türkiyə Super Liqasında liderliyə yüksəlib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər