'Qalatasaray' klubu portuqaliyalı futbolçu transfer edib

'Qalatasaray' klubu portuqaliyalı futbolçu transfer edib

Bakı. 23 avqust. Türkiyənin 'Qalatasaray' klubu yeni transferini rəsmən açıqlayıb. 

'Xeberler.ru'un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu Jozue qarşıdakı mövsümdə 'sarı-qırmızılar'ın uğurları üçün çalışacaq.

Portuqaliyanın 'Portu' klubundan icarəyə götürülən 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 700 min avro qazanacaq. 

Bundan əlavə, futbolçu oynadığı və komandanın qazandığı hər xal üçün 3 min avro alacaq. Jozue start heyətinə düşəcəyi təqdirdə, müəyyən edilmiş mükafatın 100%-ni, əvəzetmədən oyuna daxil olarsa, 75%-ni, 18-liyə düşərsə, 25%-ni əldə edəcək.

Qeyd edək ki, Jozue bir dəfə Türkiyədə olub. O, 2014 - 2016-cı illərdə 'Bursaspor'da çıxış edib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər