Podolski yığma karyerasını başa vurub

Podolski yığma karyerasını başa vurub

Bakı. 15 avqust. Türkiyənin 'Qalatasaray' klubunun futbolçusu Lukaş Podolski Almaniya yığma komandasındakı çıxışını başa vurduğunu açıqlayıb.

'Xeberler.ru' xəbər verir ki, bu barədə hücumçu 'Instagram' sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirib.

'Hörmətli azarkeşlər, yeni mövsümün startı ərəfəsində qeyd etmək istərdim ki, milli komandanın baş məşqçisinə daha yığma komandada oynamayacağımı bildirmişəm. Özümü digər məsələlərə, ailəmə həsr edəcəm. Yığma komanda həmişə qəlbimdə olacaq, amma millidəki vaxtımın artıq başa çatdığını hiss etdim', - L.Podoskli yazıb.

Qeyd edək ki, 2015-ci ildən Türkiyənin 'Qalatasaray' klubunun formasını geyinən L.Podolski 2004-cü ildən şərəfini qoruduğu yığma komandanın heyətində 129 oyuna 48 qol vurub. O, Almaniya milli komandası ilə dünya çempionu (2014), Dünya Çempionatının bürünc medalçısı (2006, 2010), eləcə də Avropa Çempionatının gümüş medalçısı (2008) olub.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər