Peşəkar Futbol Liqası 'Qarabağ' - 'Neftçi' matçındakı mübahisəli epizodla bağlı video yayımlayıb - VİDEO

Peşəkar Futbol Liqası 'Qarabağ' - 'Neftçi' matçındakı mübahisəli epizodla bağlı video yayımlayıb - VİDEO

Bakı. 4 fevral.  Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının XV turunda keçirilmiş 'Qarabağ' - 'Neftçi' matçı ilə bağlı video yayımlayıb.

'Xeberler.ru' xəbər verir ki, qurum 'YouTube' kanalı vasitəsi ilə görüşdəki birinci qolu paylaşıb. Həmin epizodda qolun qaydalar çərçivəsində vurulduğu bəlli olub.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 'Qarabağ'ın futbolçusu Dani Kintananın 6-cı dəqiqədə vurduğu qol bəzi müzakirələrə səbəb olub. 'Neftçi'nin oyunçusu Mamadu Mbodj 30-cu dəqiqədə tarazlığı bərpa edib.


Mənbə: Report.az

Reklamlar