Nigeriya millisinin hücumçusu zədə üzündən dünya çempionatında iştirak etməyəcək

Nigeriya millisinin hücumçusu zədə üzündən dünya çempionatında iştirak etməyəcək

Bakı. 29 may. Nigeriya milli komandasının və Belçikanın 'Gent' klubunun futbolçusu Simon Moyzes Rusiyadakı dünya çempionatında iştirak etməyəcək.

'Xeberler.ru'un məlumatına görə, 22 yaşlı hücumçu məşq zamanı zədələnib. Tibbi müayinə nəticəsində onun 3-4 həftə müddətinə sıradan çıxdığı müəyyənləşib. Baş məşqçi Gernot Ror yığmanın vacib oyunçusunu itirmələrinə təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Simon Moyzes ötən mövsüm 'Gent'in heyətində 33 oyuna 6 qol vurub. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər